"Barselona" və "Atletiko" xal itirdi, "Real" qalib gəldi

"Barselona" və "Atletiko" xal itirdi, "Real" qalib gəldi
DÜNYA FUTBOLU 12 Aprel 2015 / 01:25 12124
-  A +

İspaniya La Liqasında 31-ci turun oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma baş tutub.

La Liqanın lideri "Barselona" səfərdə "Sevilya"nın qonağı olub. Fasiləyə 2:0 hesabı ilə öndə yollanan Kataloniya təmsilçisi ikinci hissədə üstünlüyünü əldən verib - 2:2.

Doğma meydanda "Eybar"la qarşılaşan "Real" rəqibini 3 cavabsız qolla məğlub edib - 3:0. "Real"ın çempionluq yolunda əsas rəqiblərindən olan "Barselona" "Sevilya" ilə görüşdə xal itirdiyindən Madrid təmsilçisi xal fərqini 2-yə endirib.

Çempionluq yarışından bir qədər uzaqda qalan "Atletiko" (Madrid) klubu da turu xal itkisi ilə başa vurub. Səfərdə "Malaqa" ilə qarşılaşan Madrid təmsilçisi rəqibin müqavimətini qıra bilməyib - 2:2.

Qeyd edək ki, La Liqada 31-ci tura sabah keçiriləcək "Valensiya" - "Levante" matçı ilə yekun vurulacaq.


 


11 aprel 

İspaniya La Liqası, 31-ci tur

"Real" (Madrid) - "Eybar" - 3:0
Qollar:
Ronaldo, 21 (1:0), X.Hernandez, 31 (2:0), Xese, 83 (3:0)

"Malaqa" - "Atletiko" (Madrid) - 2:2
Qollar:
Qrizman, 25 (0:1), F.Torres, 37-avtoqol (1:1), Samuel, 71 (2:1), Qrizman, 78 (2:2)

"Sevilya" - "Barselona" - 2:2
Qollar:
Messi, 14 (0:1), Neymar, 31 (0:2), Baneqa, 38 (1:2), Qameyro, 84 (2:2)

"Almeriya" - "Qranada" - 3:0
Qollar:
Teye, 45+1 (1:0), Espinosa, 59 (2:0), Teye, 87 (3:0)

"Selta Viqo" - "Rayo Valyekano" - 6:1
Qollar:
Manuço, 1 (0:1), Larrivey, 6 (1:1), Mina, 21 (2:1), Larrivey, 37 (3:1), Mina, 40, 51, 56 (6:1) 

 

12 aprel

"Qetafe" - "Vilyareal"

"Espanyol" - "Atletik" (Bilbao)

"Real Sosyedad" - "Deportivo"

"Kordoba" - "Elçe"

 

13 aprel

"Valensiya" - "Levante"





S Komandalar O Q H M T-F Xal Form
1. Barselona 31 24 3 4 87:19 75
2. Real (Madrid) 31 24 1 6 92:27 73
3. Atletiiko (Madrid) 31 20 6 5 59:25 66
4. Valensiya 30 18 8 4 53:23 62
5. Sevilya 31 19 5 7 57:36 62
6. Vilyareal 30 14 8 8 43:29 50
7. Malaqa 31 13 7 11 34:35 46
8. Atletik (Bilbao) 30 11 7 12 28:36 40
9. Selta Viqo 31 10 9 12 36:34 39
10. Espanyol 30 10 8 12 36:38 38
11. Rayo Valyekano 31 12 2 17 36:59 38
12. Real Sosyedad 30 9 10 11 34:40 37
13. Qetafe 30 10 5 15 27:40 35
14. Eybar 31 8 7 16 28:43 31
15. Almeriya 31 7 7 17 27:50 28
16. Levante 30 7 7 16 28:55 28
17. Elçe 30 7 7 16 24:54 28
18. Deportivo 30 6 9 15 25:47 27
19. Qranada 31 4 12 15 20:56 24
20. Kordoba 30 3 10 17 21:49 19



Son xəbərlər