Əsgər Abdullayev: “2-3 gündən bir meydana çıxmaq çox çətindir”

Əsgər Abdullayev: “2-3 gündən bir meydana çıxmaq çox çətindir”
ÖLKƏ FUTBOLU 24 Oktyabr 2009 / 18:55 1991
-  A +

"Premyer Liqanın son üç oyunu bizim üçün çox çətin keçdi. Heyətimizdə olan bəzi futbolçular hələ tam bərpa olmayıb”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Muğan”la oyunsonrası mətbuat konfransında “Olimpik-Şüvəlan”ın baş məşqçisi Əsgər Abdullayev deyib. Təcrübəli mütəxəssis bildirib ki, qarşılaşmanın gedişində nəticəni öz xeyirlərinə dəyişmək üçün taktiki gedişlərə əl atıb: “Oyunun gedişində taktikanı dəyişdirib, hücumlarımızı artırsaq da, qələbə qazana bilmədik. 2-3 gündən bir oynamaq çox çətindir. Lakin hələ qarşıda oyunlarımız var”.

Daha çox


Son xəbərlər