UEFA-dan tarixi qərar

UEFA-dan tarixi qərar
DÜNYA FUTBOLU 10 Aprel 2015 / 00:22 8452
-  A +

UEFA tarixində ilk dəfə hakimin yanlış qərarı səbəbindən oyunun təkrar keçirilməsinə qərar verib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Avropa çempionatının seçmə mərhələsində İngiltərə və Norveçin 19 yaşadək qadınlardan ibarət futbol yığmaları arasında keçirilən oyun hakimin qərəzli qərarı ilə yadda qalıb.

Norveçin 2:1 hesabı ilə üstün olduğu oyunun son dəqiqələrində baş hakim Mariya Kurtes Skandinaviya təmsilçisinin qapısına penalti  təyin edib. İngiltərə yığmasının üzvü Liya Vilyamson penaltidən hesabı bərabərləşdirsə də, referi zərbə zamanı qayda pozuntusunu əsas gətirərək qolu qeydə almayıb. Almaniyalı hakim penaltinin təkrarlatmaq əvəzinə Norveçin lehinə sərbəst zərbə təyin edib. Oyun Norveçin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçdan sonra ingilislərin etirazları bəhrəsini verib. UEFA hakimin qərarının yanlış olduğunu bildirirək oyunun yenidən keçiriləcəyini bəyan edib. Oyun uzatma dəqiqələrindən, ingilislərin penalti zərbəsi ilə başlayacaq. Hər iki komanda eyni futbolçularla meydanda olacaq. Lakin almaniyalı referi Mariya Kurtes bu oyunu idarə etməyəcək.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində keçirilən "Qarabağ" - "İnter" oyunu da hakim səhvi ilə yadda qalmışdı. Matçının son dəqiqələrində Riçard Almeyda rəqib qapısına yol tapsa da, görüşün baş hakimi Miroslav Zelinka bu qolu ofsayd kimi qiymətləndirərək qeydə almayıb. Ağdam təmsilçisinin qələbənin "Qarabağ"a verilməsi və ya oyunun yenidən keçirilməsi ilə bağlı UEFA-ya etdiyi şikayət isə nəticəsiz qalmışdı.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı