Ronaldo 300-cü qolunu vurdu

Ronaldo 300-cü qolunu vurdu
DÜNYA FUTBOLU 9 Aprel 2015 / 10:58 4703
-  A +

"Real"ın futbolçusu Kriştiano Ronaldo yubiley qoluna imza atıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliya hücumçu "Rayo Valyekano"ya qarşı İspaniya La Liqasında dünən keçirilən matçda Madrid klubunun heyətində 300-cü qolunu vurub. O, qarşılaşmanın 68-ci dəqiqəsində fərqlənib.

Qeyd edək ki, K.Ronaldo 288 matça imza atdığı 300 qolun 214-ü La Liqada, 60-nı Çempionlar Liqasında, 21-ni İspaniya Kral kubokunda, 3-ü İspaniya Superkubokunda, 2-ni isə UEFA superkubokunda vurub.

Xatırladaq ki,  "Rayo Valyekano" - "Real" oyunu ikincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki