Böyükağa Hacıyev yeni komandasına təqdim olundu

Böyükağa Hacıyev yeni komandasına təqdim olundu
XƏBƏR 23 Oktyabr 2009 / 18:49 1871
-  A +

“Standard”ın yeni baş məşqçisi Böyükağa Hacıyev bu gün komanda üzvlərinə rəsmi şəkildə təqdim olunub. Qol.Az-ın məlumatına görə, bugünkü məşq prosesindən öncə klub rəhbərliyinin iştirakı ilə klubdaxili toplantı keçirilib. Toplantıda Valdas İvanauskası Böyükağa Hacıyevin əvəzləyəcəyi komanda üzvlərinin diqqətinə çatdırılıb.

Lakin toplantıdan sonra baş tutan hazırlıq prosesini Böyükağa Hacıyev kənardan izləyib. Məşqçi köməkçi məşqçi Elbrus Məmmədov keçib. Xatırladaq ki, Unibank Premyer Liqanın səkkizinci turu çərçivəsində “İnter”ə qarşı keçiriləcək matça da komandanı məhz Elbrus Məmmədov çıxaracaq.    

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki