Messi cəzalana bilər

Messi cəzalana bilər
DÜNYA FUTBOLU 8 Aprel 2015 / 18:57 8056
-  A +

"Barselona"nın futbolçusu Lionel Messi cəzalana bilər.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, buna argentinalı futbolçunun "Selta Viqo" ilə La Liqa matçında hakimi təhqir etməsi səbəb olub.

Oyun ərzində rəqib futbolçuların sərt müdaxilələrindən narazı qalan Messi əsəblərinə hakim ola bilməyib. Nəticədə təcrübəli futbolçu həmin epizodda qayda pozuntusu qeydə almayan görüşün baş hakimi İnyaki Qarridonu ispan dilində təhqir edib.

Referi isə nədənsə, bu davranışlarına görə Messini cəzalandırmayıb. Lakin İspaniya Futbol Federasiyasının həmin epizodla bağlı aparacağı araşdırmalardan sonra 28 yaşlı futbolçunun hakimi təhqir etməsi sübuta yetirilərsə, Messi cəzalandıracaq.

Qeyd edək ki, La Liqanın 29-cu turunda səfərdə "Selta Viqo"ya 1:0 hesabı ilə qalib gələn "Barselona" 71 xalla turnir cədvəlinə başçılıq edir.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı