Türkiyədə futbol dayandı

Türkiyədə futbol dayandı
DÜNYA FUTBOLU 6 Aprel 2015 / 18:40 9334
-  A +

Türkiyə superliqasında bu həftəsonu keçirilməsi nəzərdə tutulan 27-ci turun oyunları və kubok matçları bir həftəliyinə təxirə salınıb.

Qol.Az-ın məlumatına görə, bu barədə qərar Türkiyə Futbol Federasiyasının və klub rəhbərlərinin iştirakı ilə bu gün keçirilən zirvə toplantısında qəbul olunub.

Toplantıda Türkiyə millisinin baş məşqçisi Fatih Terim də iştirak edib. Superliqanın oyunlarının təxirə salınmasına səbəb ötən turda "Rizəspor" - "Fənərbaxça" matçından (1:5) sonra qonaq komandanı daşıyan avtobusun silahlı basqına məruz qalması səbəb olub. 

Federasiya baş verən hadisədən sonra dünən "Fənərbaxça"nın kubokda "Mersin" və superliqada "Bursaspor"la keçirəcəyi görüşlərin təxirə salındığını açıqlayıb. Bu gün isə qarşıdakı həftələrdə superliqada və Türkiyə kubokunda analoji hadisənin bir daha təkrarlanması üçün görüləcək tədbirlər müzakirə olunub. Görüşün sonunda TFF superliqa oyunlarının bir həftəliyinə təxirə salındığını bəyan edib.
 


Son xəbərlər