Feliks Bülənt Qorxmazın da “qara siyahı”sına düşdü

Feliks Bülənt Qorxmazın da “qara siyahı”sına düşdü
ÖLKƏ FUTBOLU 23 Oktyabr 2009 / 12:57 2500
-  A +

“Bakı”nın braziliyalı hücumçusu Felipe Almeyda Feliks komandanın yeni baş məşqçisi Bülənt Qorxmazın da “qara siyahı”sına düşüb. Qol.Az-ın məlumatına görə, braziliyalı forvard türkiyəli mütəxəssisin ümidlərini doğrultmur. Məhz bu səbəbdən də dünən “İnter”ə qarşı keçirilən oyunda Qorxmaz onun adını heç ehtiyat oyunçular sırasına da salmamışdı. Bundan qəzəblənən Feliks adı matçın protokoluna daxil edilməyən digər komanda yoldaşlarından fərqli olaraq, qarşılaşmanı izləmək üçün heç “Şəfa” stadionuna da gəlməmişdi. Halbuki müxtəlif səbəblərdən “İnter”lə matçda iştirak etməyən Rafael Əmirbəyov, Saşa Yunusoğlu, Kristian Muscalu, Fernando Peres, hətta əvəzedici heyətə göndərilən Daniel Oprita belə tribunada özlərinə yer etmişdilər.
Xatırladaq ki, bir müddət əvvəl Feliks “Bakı”nın sabiq baş məşqçisi Coko Haciyevskinin də “qara siyahı”sına düşmüşdü. Feliksin özünü məşqlərdə yaxşı aparmamasını vurğulayan makedoniyalı mütəxəssis braziliyalı forvarda “Xəzər Lənkəran”, “Olimpik-Şüvəlan” və “Standard”la qarşılaşmalarda şans verməmişdi. Göründüyü kimi, indi isə eyni addımı Bülənt Qorxmaz da atır. Halbuki Feliks komandaya gəldiyi ilk gündən hücum xəttinin liderinə çevrilmişdi və vurduğu 4 qolla avrokuboklarda “Bakı”nın bombardiri olmuşdu.   

Daha çox


Son xəbərlər