Messidən sevindirici xəbər

Messidən sevindirici xəbər
DÜNYA FUTBOLU 4 Aprel 2015 / 21:04 6718
-  A +

"Barselona"nın baş məşqçisi Luis Enrike futbolçusu Lionel Messinin son durumu haqda açıqlama verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, argentinalı hücumçunun özünü yaxşı hiss etdiyini deyib. L.Enrike bildirib ki, L.Messi İspaniya La Liqasının 29-cu turunda "Selta"ya qarşı matçda oynamağa hazırdır.

Qeyd edək ki, "Selta" - Barselona" oyunu sabah keçiriləcək.

Xatırladaq ki, Argentina millisinin hücumçusu L.Messi ayağındakı şiş səbəbindən Salvador və Ekvadora qarşı yoxlama görüşlərini buraxmışdı.


Son xəbərlər