"Dünyanın ən yaxşı baş məşqçisi deyiləm" - Qvardiola

"Dünyanın ən yaxşı baş məşqçisi deyiləm" - Qvardiola
DÜNYA FUTBOLU 4 Aprel 2015 / 18:32 3997
-  A +

"Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola maraqlı fikirləri ilə diqqət çəkib.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssis özünün dünyanın ən yaxşı baş məşqçisi olmadığını bildirib:

"Dünyanın ən yaxşı baş məşqçisi deyiləm. Futbolçulara kömək etmək üçün buradayam. Komandama və futbolçularıma inanıram. "Bavariya"nın hazırda ən çətin dönəmidir. Aprel ayında həlledici oyunlar olur. Hər oyun finala bərabərdir. Əgər qələbə qazana bilməsək, günahkar özümüzük".


Son xəbərlər