Messi məşqlərə başladı

Messi məşqlərə başladı
DÜNYA FUTBOLU 3 Aprel 2015 / 17:01 3339
-  A +

"Barselona"nın futbolçusu Lionel Messi məşqlərə başlayıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu bu gün komanda ilə ümumi məşq edib.

İspaniya La Liqasında "Selta" ilə oyun öncəsi hazırlıqda Messidən başqa, milli komandalardan qayıdan Andres İnesta, Jerar Pike, Pedro, Serxio Buskets də iştirak edib.

Qeyd edək ki, Argentina millisinin futbolçusu Messi zədə səbəbindən Salvador və Ekvadorla yoldaşlıq oyunlarını buraxmışdı. O, son açıqlamasında ayağında şiş olduğunu bildirmişdi.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı