"Ayağım şişib" – Messi

"Ayağım şişib" –  Messi
DÜNYA FUTBOLU 3 Aprel 2015 / 12:51 5080
-  A +

"Barselona"nın futbolçusu Lionel Messi rəsmi "Facebook" səhifəsində zədəsinin son durumu haqda məlumat verib.

Qol.Az-ın xəbərinə görə, zədə səbəbindən Salvador və Ekvadorla yoldaşlıq oyunlarını buraxan argentinalı hücumçu ayağında şiş əmələ gəldiyini deyib:

"Yenidən Barselonadayam. Argentina millisi Amerikada keçirilən iki matçda qalib gəldi. Ancaq ayağımda şiş olduğu üçün mən oynaya bilmədim. Ayağım hələ də ağrıyır. Tez bir zamanda sağalıb həm Argentina millisinə, həm də "Barselona"ya kömək etmək istəyirəm".

Xatırladaq ki, L.Messinin Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" ilı matçda rəqib oyunçusu Martin Demikelislə toqquşma zamanı zədələndiyi bildirilib. Onun İspaniya La Liqasında "Real"a qarşı görüşü zədəli halda oynadığı qeyd edilib.

Əlavə edək ki, L.Messinin "Selta"ya qarşı ölkə çempionatında aprelin 5-i keçiriləcək matçı buraxacağı gözlənilir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın