Messi niyə ehtiyatda qaldı?

Messi niyə ehtiyatda qaldı?
DÜNYA FUTBOLU 1 Aprel 2015 / 13:30 6635
-  A +

Argentina millisinin futbolçusu Lionel Messi zədə səbəbindən daha bir oyun buraxıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, "Barselona"nın 27 yaşlı hücumçusu Salvadorla matçdan sonra Ekvadora qarşı yoxlama görüşündə də iştirak etməyib. Ehtiyat oyunçular skamyasında əyləşən L.Messiyə komandanın baş məşqçisi Xerardo Martino şans verməyib.

Oyundan sonra X.Martino  L.Messinin durumu ilə bağlı danışıb:

"Messi sağ ayağında ağrılar hiss edir. Buna görə də o, oynaya bilmədi. Messi ancaq rahat ayaqqabılarla gəzə bilir. Onun qısa zamanda sağalacağını düşünürəm".

Sağ ayağında iltihab yaranan Messi "Barselona"nın düşərgəsinə qayıtdıqdan sonra qısamüddətlik müalicə alacaq. Onun İspaniya La Liqasında "Selta"ya qarşı matça qədər hazır olacağı gözlənilir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord