Bülənt Qorxmaz: “İnter”lə matçın “Turan”la oyundan heç bir fərqi yoxdur”

Bülənt Qorxmaz: “İnter”lə matçın “Turan”la oyundan heç bir fərqi yoxdur”
ÖLKƏ FUTBOLU 22 Oktyabr 2009 / 13:55 2035
-  A +

“İnter”lə oyunun şəxsən mənim üçün digər matçlardan heç bir fərqi yoxdur. “Turan”la “İnter”ə eyni gözlə baxıram. Bu oyunun daha əhəmiyyətli olduğunu söyləyənlər yanılırlar. Bütün rəqiblərə eyni gözlə baxmaq, hörmətlə yanaşmaq lazımdır”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Bakı”nın baş məşqçisi Bülənt Qorxmaz bu gün Unibank Premyer Liqanın üçüncü turundan təxirə salınmış “İnter”ə qarşı keçiriləcək oyun haqda danışarkən deyib. Türkiyəli mütəxəssis bildirib ki, məqsədləri qələbə qazanmaqdır: “Mənim üçün önəmli olan rəqibin kimliyi deyil, öz komandamın sərgiləyəcəyi oyundur. İnanıram ki, bu gün də meydandan uğurlu nəticəylə ayrılacağıq. Qarşımıza bir hədəf qoymuşuq və buna çatmaq üçün bütün gücümüzü ortaya qoymalıyıq”.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi