Millimizin Dubaydakı ilk rəqibi bilindi

XƏBƏR 22 Oktyabr 2009 / 13:39 1830
-  A +

Azərbaycan milli komandası noyabrın 12-də Dubay şəhərinə yola düşəcək və burada təşkil olunan turnirdə iştirak edəcək. Turnirdə millimizlə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İraq və Çexiya milliləri mübarizə aparacaq. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, komandamız ilk oyununu noyabrın 15-də İraq millisinə qarşı keçirəcək. Bu cütlüyün qalibi noyabrın 18-də BƏƏ - Çexiya qarşılaşmasının qalibi ilə, eyni zamanda hər iki cütlüyün məğlub komandaları bir-biri ilə qarşılaşacaq.


Son xəbərlər