Türkiyə qalib gəldi, İspaniya və Portuqliya uduzdu

Türkiyə qalib gəldi, İspaniya və Portuqliya uduzdu
DÜNYA FUTBOLU 1 Aprel 2015 / 02:42 23421
-  A +

Bu gün dünyanın yaşıl meydanlarında bir sıra yoldaşlıq görüşləri keçirilib.

Qol.Az-ın məlumatına görə, günün maraqla gözlənilən oyunu Hollandiyada baş tutub.

Burada "narıncılar" son Avropa çempionu İspaniya yığmasını qəbul edib.  "DÇ-2010"nun finalında üz-üzə gələn bu komandalar "DÇ-2014"ün qrup mərhələsində də qarşılaşıblar. Finalda rəqibinə 0:1 hesabı ilə uduzan Hollandiya yığması son dünya çempionatının qrup mərhələsində İspaniyanı darmadağın edib - 5:1. Bu görüşdə də rəqibini üstələyən Hollandiya yığması 2:0 hesabı ilə qalib gəlib.

İsveçrə - ABŞ,  Avstriya - Bosniya və Hersoqovina, Estoniya-Finlandiya və Ukrayna - Latviya matçlarında 1:1 hesablı bərabəlik qeydə alınıb.  Rusiya – Qazaxıstan görüşündə isə qapılara qol vurulmayıb.  Slovakiya üz meydanında  Çexiyaya qalib gəlib – 1:0. İsveç doğma azarkeşləri önündə İranı üstələyib – 3:1

"Avro-2016"nın seçmə mərhələsinin son oyununda səfərdə Hollandiya ilə 1:1 bərabərə qalan Türkiyə yığması yoldaşlıq görüşündə Lüksemburq millisi ilə üz-üzə gəlib və 2:1 hesablı qələbəyə sevinib.

Portuqaliya isə doğma meydanda Kape-Verdeyə uduzub – 0:2.



31 mart

Beynəlxalq yoldaşlıq görüşləri

15:25. Yaponiya - Özbəkistan - 5:1
Qollar:
Aoyama, 6 (1:0), Okazaki, 54 (2:0), Şibasaki, 80 (3:0), Tuhtahuyaev, 82 (3:1), Usami, 83 (4:1), Kavamata, 90 (5:1)

16:00. Cənubi Koreya - Yeni Zellandiya  - 1:0
Qol:
Li Sunq-Jae, 86 (1:0) 

16:35. Çin - Tunis - 1:1
Qollar:
Manser, 39 (0:1), Yu Dabao, 90+4 (1:1)


21:00. Estoniya - İslandiya  - 1:1
Qollar: Qislason, 9 (0:1), Vassilyev, 55 (1:1)

21:00. İsveçrə - ABŞ - 1:1
Qollar:
Şea, 45 (0:1), Stoker, 80 (1:1)

22:00. Rusiya - Qazaxıstan - 0:0

22:30. İsveç - İran - 3:1
Qollar:
İbrahimoviç, 11 (1:0), Berq, 21 (1:1), Nekounam, 24 (2:1), Tayvonen, 89 (3:1)

23:00. Ukrayna - Latviya - 1:1
Qollar:
Yarmolenko, 35 (1:0), Maksimenko, 90+2 (1:1)

23:15. Lüksemburq - Türkiyə -1:2
Qollar:
Erdinc, 4 (0:1), Mutş, 32 (1:1), Çalhanoğlu, 87 (1:2)


23:30. Avstriya - Bosniya və Hersoqovina - 1:1
Qollar:
Janko, 35 (1:0), Hayroviç, 48 (1:1)

23:30. Slovakiya - Çexiya - 1:0
Qol:
Duda, 49

23:45. Hollandiya - İspaniya - 2:0
Qollar:
De Vrij, 13, Klaassen, 16

00:45. Portuqaliya - Kape-Verde - 0:2
Qollar:
Fortes, 38, Gege, 43


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki