Beyl Ronaldo və Messini geridə qoydu

Beyl Ronaldo və Messini geridə qoydu
DÜNYA FUTBOLU 31 Mart 2015 / 02:44 6765
-  A +

FİFA tərəfindən təsdiqlənən Meksikanın "Paçuka" klubunun apardığı araşdırmalara görə dünyanın topla hərəkət edən ən sürətli futbolçusu müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, Madrid "Real"ının futbolçusu Qaret Beyl bu nominasiyada birinci olub.

Uelsli futbolçu 36,9 km/saatla rəqiblərini geridə qoyub. "Paçuka" klubunun futbolçusu Yurgen Damm 35,23 km/saatla ikinci, "Mançester Yunayted"in oyunçusu Antonio Valensiya isə 35.1 km/saatla üçüncü olub.

Qeyd edək ki, siyahıda həmçinin Aron Lennon ("Tottenhem"), Kriştiano Ronaldo ("Real", Madrid), Teo Uolkot ("Arsenal"), Lionel Messi ("Barselona"), Ueyn Runi ("Mançester Yunayted"), Frank Riberi ("Bavariya") və Serxio Ramos ("Real", Madrid) kimi futbolçular da var.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord