Bülənt Qorxmazla "İnter"in deyil, "Olimpik-Şüvəlan"ın mühafizəçiləri mübahisə edib (YENİLƏNİB)

Bülənt Qorxmazla "İnter"in deyil, "Olimpik-Şüvəlan"ın mühafizəçiləri mübahisə edib  (YENİLƏNİB)
ÖLKƏ FUTBOLU 21 Oktyabr 2009 / 16:54 2520
-  A +

Bu dəqiqələrdə “Şəfa” stadionunda keçirilən “Olimpik-Şüvəlan” - “Xəzər Lənkəran” oyununda insident yaşanıb. Qol.Az-ın “Şəfa” stadionunda olan müxbirinin verdiyi məlumata görə, münaqişə “Bakı”nın baş məşqçisi Bülənt Qorxmaz və “Olimpik-Şüvəlan"ın  mühafizəçiləri arasında baş verib. Mühafizəçilər qarşılaşmanı izləmək üçün stadiona gələn Qorxmazı VİP lojaya buraxmaq istəməyiblər. Nəticədə tərəflər arasında münaqişə yaranıb. Kənardakıların müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.
Xatırladaq ki, bu, “Şəfa” stadionunda baş verən ilk belə hal deyil. Bir müddət əvvəl “İnter”in mühafizəçiləri “Xəzər Lənkəran”ın fəxri-prezidenti Mübariz Mənsimovu da VİP lojaya buraxmaq istəməmişdilər. Əvvəlcədən budəfəki olayda da "İnter"in mühafizəçilərinin günahkar olduğu bildirilirdi. Lakin qısa araşdırma apardıqdan sonra məlum oldu ki, Qorxmazla mübahisəyə girişən "Olimpik-Şüvəlan"ın mühafizəçiləri olub. 
 




Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord