"Qəbələ" rəqibini yeni meydançada qəbul edəcək (FOTOSESSİYA)

XƏBƏR 15 Oktyabr 2009 / 19:09 2277
-  A +

Unibank Premyer Liqasının VII turu çərçivəsində Bakının "Olimpik-Şüvəlan" klubunu qəbul edəcək "Qəbələ" komandası ev oyununu doğma şəhərdə keçirəcək. Klubun mətbuat xidmətindən verilən məlumata görə, Qəbələ şəhər stadionunun əsaslı təmirə bağlanmasından sonra oyunlarını Mingəçevirdə keçirən komanda bundan sonra rəqiblərini Qəbələ şəhər stadionunun ehtiyat meydançasında qəbul edəcək.
“Gsport” şirkətinin nümayəndələri tərəfindən inşa edilən stadionun “FIFA 2 star” kateqoriyasına aid olan süni örtüyü Hollandiyadan gətirilib. Stadionu yoxlamadan keçirən PFL nümayəndələri 1086 nəfər tutumu olan idman qurğusunun Unibank Premyer Liqasının oyunlarını keçirmək üçün yararlı olması qənaətinə gəliblər.
Qəbələ şəhər stadionunun təbii örtüklü əsas meydançası tam hazır olduqdan sonra, süni örtüklü meydança yardımçı funksiya daşıyacaq.

Mənbə: pfl.az

 








Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı