Terimi Hiddink əvəzləyəcək?

Terimi Hiddink əvəzləyəcək?
DÜNYA FUTBOLU 12 Oktyabr 2009 / 15:49 2742
-  A +

Belçikayla görüşdən sonra istefa verən və Ermənistanla matçda Türkiyə milli komandasıyla vidalaşacaq Fatih Terimin yerinə kimin gətiriləcəyi böyük maraq doğurur. Qol.Az-ın məlumatına görə, Türkiyə mətbuatı “ay-ulduzlular”ın yeni çalışdırıcısı barədə xeyli müzakirələr aparır. Bu gün isə “Milliyet” Terimin əvəzləyicisinin oktyabrın 14-də millimizlə Bakıda qarşılaşacaq Rusiya millisinin baş məşqçisi Qus Hiddinkin olacağını yazıb. 63 yaşlı mütəxəssisin illlik məvacibinin 7 milyon avro olması da türkiyəliləri fikrindən daşındırmır. Dünya çempionatının seçmə mərhələ oyunları başa çatandan sonra Türkiyə Futbol Federasiyasının Hiddinklə danışıqlara başlayacağı gözlənilir. Razılaşma əldə olunsa, hollandiyalı məşqçi 2010-cu ilin iyulundan, dünya çempionatından başa çatdıqdan sonra Türkiyə millisinin başına keçəcək. Xatırladaq ki, bir müddət əvvəl Hiddink mundialdan sonra Rusiya millisindən gedəcəyini açıqlayıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı