Ronaldonun cəzası bəlli oldu

Ronaldonun cəzası bəlli oldu
DÜNYA FUTBOLU 28 Yanvar 2015 / 17:30 12958
-  A +

"Kordoba" ilə La Liqa matçında rəqibini vurduğu üçün meydandan qovulan "Real"ın hücumçusu Kriştiano Ronaldonun cəzası bəlli olub.

Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, İspaniya Futbol Federasiyasının İntizam Komitəsi portuqaliyalı futbolçunu iki oyunluq cəzalandırıb.

İspaniya mətbuatı yazıb ki, Ronaldo La Liqanın növbəti iki matçında - "Real Sosyedad"la 21-ci turun oyununda və "Sevilya" ilə 16-cı turdan təxirə salınmış görüşdə komandasına kömək edə bilməyəcək. Bu səbəbdən 29 yaşlı futbolçu "Atletiko" (Madrid) klubu ilə 22-ci turun görüşündə iştirak edəcək.

Qeyd edək ki, Ronaldo La Liqanın 20-ci tutrunda "Kordoba" ilə oyunun (2:1) 83-cü dəqiqəsində rəqibini vurduğu üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.


Son xəbərlər