Valdes "Mançester Yunayted"in əvəzedici heyətində

Valdes "Mançester Yunayted"in əvəzedici heyətində
DÜNYA FUTBOLU 27 Yanvar 2015 / 13:11 4893
-  A +

"Barselona"nın sabiq qapıçısı Viktor Valdes yeni klubu "Mançester Yunayted"də debüt edib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, təcrübəli qolkiper "MY"nın əvəzedici heyətində "Liverpul"a qarşı matçda oynayıb.

O, ilk oyununda qapısından bir qol buraxıb.

Matçdan sonra V.Valdes özünün "İnstaqram" hesabından yazıb: "Debüt oyunumda "Liverpul"a qalib gəlmək böyük şərəfdir".

Qeyd edək ki, "Mançester Yunayted" - "Liverpul" oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, V.Valdes bu ay "MY" ilə müqavilə imzalayıb.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"