"Ronaldo lazımi cəzanı almalıdır" – Neymar

"Ronaldo lazımi cəzanı almalıdır"  – Neymar
DÜNYA FUTBOLU 27 Yanvar 2015 / 12:20 6238
-  A +

"Barselona"nın hücumçusu Neymar "Real"ın futbolçusu Kriştiano Ronaldonun "Kordoba"ya qarşı matçda rəqib oyunçusunu vurduğu epizoda münasibət bildirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, portuqaliyalı oyunçunun etdiyi hərəkət səbəbindən cəzalandırılmasının vacibliyini deyib:

"Ronalda cəzalandırılmalıdır. Əgər futbolçuya qarşı kobud oyun olubsa, lazımi cəza da verilməlidir".

Neymar bəzən futbolçuların matç zamanı rəqib oyunçular tərəfindən təxribata məruz qaldığını da qeyd edib:

"Zinəddin Zidan və mənim də üzləşdiyim bu cür təxribatlar olub. Ancaq bütün bunlara baxmayaraq, futbolçu hər zaman soyuqqanlı olmalıdır".

Qeyd edək ki, Ronaldo La Liqanın 20-ci tutrunda "Kordoba" ilə oyunun 83-cü dəqiqəsində rəqibini vurduğu üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Onun neçə oyunluq cəza alacağı maraqla gözlənilir.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı