Qvardiola : "Müqaviləmin bitməsinə hələ var, amma..."

Qvardiola : "Müqaviləmin bitməsinə hələ var, amma..."
DÜNYA FUTBOLU 26 Yanvar 2015 / 19:31 5551
-  A +

Pep Qvardiola baş məşqçisi olduğu "Bavariya" ilə müqaviləni yeniləyib-yeniləməyəcəyi ilə bağlı açıqlama verib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis deyib ki, Münhen klubu ilə 2015/2016 mövsümdə bitəcək müqavilənin müddətini uzatmağa tələsmir. P.Qvardiola "Bavariya"dan ayrılmaq ehtimalının olduğunu da istisna etməyib:

"Almaniyada işləmək mənim üçün böyük təcrübə oldu. Hər zaman "Bavariya"nın baş məşqçisi olmağı arzulamışam və bu arzuma çatdım. Ancaq müqaviləmin bitməsinə hələ var. Futbolda hər şey ola bilər".

Almaniya mətbuatı iddia edib ki, Qvardiolanın "Bavariya"dakı taleyi komandanın bu mövsümkü çıxışından asılıdır.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"