Asiya kubokunda ilk finalçı müəyyənləşdi

Asiya kubokunda ilk finalçı müəyyənləşdi
DÜNYA FUTBOLU 26 Yanvar 2015 / 15:17 4191
-  A +

Futbol üzrə Asiya kubokunda ilk finalçı müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, ilk yarımfinal qarşılaşmasında Cənubi Koreya və İraq yığmaları üz-üzə gəlib.

Oyun Cənubi Koreya millisinin qələbəsi ilə başa çatıb. Rəqibinə 2:0 hesabı ilə qalin gələn koreyalılar finala yüksələn ilk yığma olub.

Qeyd edək ki, digər finalçının kimliyinə sabah keçiriləcək Avstraliya - Birləşmiş Ərəb Əmirlikləri görüşündən sonra aydınlıq gələcək.

 

 

26 yanvar

Asiya kuboku, yarımfinal oyunu

Cənubi Koreya - İraq - 2:0
Qollar:
Li Junq-Hyup, Kim Yunq-Kvon (2:0)



27 yanvar

13:00. Avstraliya - Birləşmiş Ərəb Əmirlikləri


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı