"Qızıl top" bir siyasətdir" – Riberi

"Qızıl top" bir siyasətdir"  –  Riberi
DÜNYA FUTBOLU 24 Yanvar 2015 / 11:00 4359
-  A +

"Bavariya"nın futbolçusu Frank Riberi "Qızıl top" mükafatı haqda yeni fikirlər səsləndirib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbər görə, təcrübəli yarımmüdafiə son 7 ildə "Qızıl top"u Kriştiano Ronaldo və Lionel Messiyə verilməsinə narazılığını ifadə edib:

"Hər il eyni hadisələr  təkrarlanır. Messi və Ronaldodan başqa digər futbolçuların "Qızıl top"u qazanmaq üçün nə etmək lazım olduğunu artıq bilmirəm. Hətta dünya çempionu olmaq belə dünyanın ən yaxşısı seçilmək üçün yetərli deyil". 

F.Riberi bildirib ki, "Qızıl top" mükafatının finalçılarından olan komanda yoldaşı Manuel Noyer ötən ilin ən yaxşısı seçilməli idi:

"Son bir neçə ildə Noyer dünyanın ən güclü qapıçısıdır. O, "Bavariya" ilə dörd kubok qazandı, Almaniya millisi "DÇ-2014"ün qalibi oldu. Amma bunlar kifayət etmədi. Əgər növbəti il "Bavariya"nın futbolçusu yenə namizədlər arasına düşsə, mərasimə gedib-getməmək üzərində ciddi düşünmək lazımdır. Nəyə görə getsin? Şəkil çəkdirmək üçün? Əlbəttə, yox. Məncə, "Qızıl top" siyasətdir. Amma düzgün siyasət deyil. Əgər mərasimdə Messi və Ronaldo varsa, aydın olur ki, 3-cü futbolçunun "Qızıl top"u qazanmaq şansı yoxdur".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord