Ronaldo klubu sponsorluğa götürdü

Ronaldo klubu sponsorluğa götürdü
DÜNYA FUTBOLU 23 Yanvar 2015 / 13:52 7816
-  A +

“Real”ın oyunçusu Kriştiano Ronaldo futbolçu karyerasına başladığı "Nasional Madeira"ya dəstək olmağa davam edir.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbər görə, 29 yaşlı hücumameyilli yarımmüdafiəçi bu dəfə maliyyə problemi yaşayan keçmiş klubunun forma sponsoru olub.

Portuqaliyanın birinci liqasında mübarizə aparan "Nasional Madeira"nın formalarının üzərində  bundan sonra K.Ronaldonun qurduğu "CR7 Museu" müzeyinin adı yazılacaq.

Qeyd edək ki, K.Ronaldo bundan əvvəl "Nasional Madeira" klubu üçün aşağı yaş qrupları üçün nəzərdə tutulan baza tikdirib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı