Beş nəhəng şirkətdən Blatterə sarsıdıcı zərbə

Beş nəhəng şirkətdən Blatterə sarsıdıcı zərbə
DÜNYA FUTBOLU 23 Yanvar 2015 / 13:06 4641
-  A +

Dünyanın beş tanınmış şirkəti FİFA ilə əməkdaşlığa son qoyub.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, "Sony", "Emitras", "Castrol", "Continental" və  "Johnson & Johnson" şirkətləri FİFA ilə sponsorluq müqaviləsini ləğv ediblər.

Britaniya mətbuatı yazıb ki, sözügedən şirkətlər FİFA-nın adı rüşvət qalmaqalında hallandığı, habelə, qurumun prezidenti Yozef Blatterin idarəçiliyini bəyənmədiyinə görə bu addımı atıblar.

FİFA-nın beş önəmli sponsordan məhrum olmasının Y.Blatterin prezident seçkiləri zamanı çətin vəziyyətdə qoyacağı iddia edilir.


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq