“İstəyirdim, “Barselona”ya 4:0 hesabı ilə qalib gələk” – Simeone

“İstəyirdim, “Barselona”ya 4:0 hesabı ilə qalib gələk” – Simeone
DÜNYA FUTBOLU 22 Yanvar 2015 / 12:53 6948
-  A +

"La Liqada "Barselona"ya qarşı matçdan fərqli olaraq bu dəfəki oyunda yaxşı müdafiə olunduq. Ancaq hücumda qol epizodları yarada bilmədik. "Barselona" oyuna nəzarət edən tərəf  idi".

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone İspaniya kubokunun 1/4 finalında "Barselona"da 0:1 hesabı ilə uduzduqları qarşılaşmadan sonra deyib.

Argentinalı mütəxəssis ilk matçda məğlub olmalarına baxmayaraq, növbəti mərhələyə yüksəlmək şanslarının qaldığını bildirib:

"Komandamın bu oyunda 4:0 hesabı ilə qalib gəlməyini istərdim. Amma rəqibimiz güclüdür. "Barselona" son zamanlar çox yaxşı təsir bağışlayır".


Son xəbərlər