Türkiyə kuboku: "Beşiktaş" qələbə qazandı

Türkiyə kuboku: "Beşiktaş" qələbə qazandı
DÜNYA FUTBOLU 22 Yanvar 2015 / 00:53 3417
-  A +

Türkiyə kubokunun qrup mərhələsində dördüncü turun oyunları davam edir.

Qol.Az-ın məlumatına görə, ötən gün F qrupunda daha bir görüş keçirilib.

Səfərdə "Adana Dəmirspor"la qarşılaşan "Beşiktaş" böyükhesablı qələbəyə sevinib. Rəqibinə 4:1 hesabı ilə qalib gələn "qara qartal" turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini qoruyub.

Qeyd edək ki, Türkiyə kubokunda dördüncü tura bu axşam keçiriləcək "Qalatasaray" - "Diyarbəkir BB" oyunu ilə yekun vurulacaq.

 

 


21 yanvar

Türkiyə kuboku, IV tur

F qrupu

"Adana Demirspor" - "Beşiktaş" - 1:4
Qollar:
Bardakçı, 7-avtoqol (0:1), Özcan, 10 (1:1), Demba Ba, 70 (1:2), Nukan, 76 (1:3), C.Tosun, 83 (1:4)

 

22 yanvar

G qrupu

"Qalatasaray" - "Diyarbəkir BB"

 

20 yanvar

E qrupu

“Altınordu” – “Fənərbaxça” – 1:2
Qollar:
M.Topz, 33 (0:1), Balci, 45 (1:1), Abdioğlu, 79 (1:2)


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq