İspaniya kuboku: "Barselona" "Altetiko"nu məğlub etdi

İspaniya kuboku: "Barselona" "Altetiko"nu məğlub etdi
DÜNYA FUTBOLU 22 Yanvar 2015 / 02:57 14654
-  A +

Bu gün İspaniya kubokunda 1/4 final mərhələsinə start verilib.

Qol.Az-ın məlumatına görə, ilk mərhələdə bu günə üç qarşılaşma nəzərdə tutulub.

Günün ilk matçında "Vilyareal" və "Hetafe" üz-üzə gələcək. Bu görüşün taleyini bir qol həll edib. Brunonun matçın 85-ci dəqiqəsində vurduğu qol meydan sahiblərinə qələbə qazandırıb - 1:0.

1/4 final mərhələsinin ən maraq doğuran oyunu Barselonada olub. Burada "Barselona" 1/8 finalda Madrid "Real"ını mübarizədən kənarlaşdıran "Atletiko"nu (Madrid) qəbul edib. Lionel Messinin görüşün 85-ci dəqiqəsində vurduğu qol "Barselona"ya minimal hesablı qələbə qazandırıb - 1:0. 

Günün digər qarşılaşmasında "Malaqa" və "Atletik" (Bilbao) komandaları üz-üzə gəlib. Bu oyunda tərəflərin ciddi cəhdlərinə baxmayaraq qapılara qol vurulmayıb - 0:0.  

Qeyd edək ki, İspaniya kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına sabah gecə keçiriləcək "Espanyol" - "Sevilya" oyunu ilə yekun vurulacaq.

 


 

21 yanvar

İspaniya kuboku, 1/4 final

23:00. "Vilyareal" - "Hetafe" - 1:0
Qol:
Bruno, 85 (1:0)

01:00. "Barselona" - "Atletiko" (Madrid) - 1:0
Qol:
Messi, 85 (1:0)

01:00. "Malaqa" - "Atletik" (Bilbao) - 0:0
 


22 yanvar

"Espanyol" - "Sevilya"


Son xəbərlər