“Messi ilə rəqabət hər ikimizə motivasiya verir” – Ronaldo

“Messi ilə rəqabət hər ikimizə motivasiya verir” – Ronaldo
DÜNYA FUTBOLU 21 Yanvar 2015 / 14:10 5129
-  A +

"Real"ın futbolçusu Kriştiano Ronaldo "Barselona"nın hücumçusu Lionel Messi haqda yeni fikirlər səsləndirib.


Qol.Az-ın "AS"a istinadən yaydığı xəbərə görə, portuqaliyalı oyunçu Messi ilə arasındakı rəqabətin ona əlavə  motivasiya olduğunu deyib:

"Bu rəqabət hər ikimizə motivasiya verir. Bu, həm mənim, həm onun, həm də inkişaf etmək istəyən gənc oyunçular üçün yaxşı haldır”.

Son zamanlar cərimə zərbələrini dəqiq yerinə yetirməməsi haqda sualı da cavablandıran Ronalda öz üzərində işlədiyini söyləyib: "Hazırda sol ayağımı, sürətimi yaxşılaşdırmaq üçün çalışıram. Əks halda bu problemləri həll edə bilmərəm. Məşq etmək futbolda mənim üçün ən vacib şeydir. Əgər bir mövsümdə 60-dan çox matçda oynayıramsa, bu, özümə yaxşı baxdığıma görədir. Yaxşı yatır və düzgün qidalanıram".


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı