"Atletiko"da inkişaf davam etsə, qalacam" – Simeone

 "Atletiko"da inkişaf davam etsə, qalacam" – Simeone
DÜNYA FUTBOLU 20 Yanvar 2015 / 11:20 4319
-  A +

Dieqo Simeone baş məşqçisi olduğu "Atletiko"dan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə,  Madrid klubunun inkişafda olduğunu deyən argentinalı mütəxəssis bu cür davam edəcəyi təqdirdə, "Atletiko"da uzun müddət işləyə biləcəyini deyib:

"Klub ildən-ilə inkişaf edir. Komanda güclü rəqiblərə qarşı çox yaxşı mübarizə aparır. "Atletiko"da inkişaf davam etsə, burada qalacam”.

Qeyd edək ki, D.Simeone ilə PSJ-nin maraqlandığı iddia edilir.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki