"Marko Roys "Real"da" – İspaniya mətbuatı

"Marko Roys "Real"da"  – İspaniya mətbuatı
DÜNYA FUTBOLU 15 Yanvar 2015 / 22:27 8597
-  A +

"Real"ın "Borussiya"nın futbolçusu Marko Roysla razılığa gəldiyi iddia edilib.

Qol.Az-ın məlumatına görə, İspaniya mətbatı yazıb ki, artıq tərəflər arasında bütün məsələlərdə razılıq əldə olunub. Madrid klubunun bu transfer üçün "Borussiya"ya 25 milyon avro, 25 yaşlı oyunçuya isə illik 5-7 milyon avro arası məbləğ ödəyəcəyi bildirilib.

İspaniyanın "El Confidencial" qəzeti "Real"ın bu transferi yaxın vaxtlarda rəsmən açıqlayacağını yazıb.

Qeyd edək ki, qış fasiləsində Kevin Kamplı heyətinə cəlb edən "Borussiya"nın M.Roysu satacağı gözlənilirdi.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı