İspaniya kuboku: "Atletiko" və "Barselona" 1/4 finalda

İspaniya kuboku: "Atletiko" və "Barselona" 1/4 finalda
DÜNYA FUTBOLU 16 Yanvar 2015 / 00:46 15854
-  A +

İspaniya kubokunda 1/8 finalın cavab oyunları davam edir.

Qol.Az-ın məlumatına görə, bu gecə daha iki qarşılaşma keçiriləcək.

Günün maraqla gözlənilən oyunu Madriddə baş tutub. Burada paytaxtın “Real” və “Atletiko” klubları qarşılaşıb. Komandalar arasında keçirilən ilk oyunda "Atletiko" 2:0 hesablı qələbə qazandığından növbəti mərhələyə çıxmaq şansı daha yüksək idi. Səfərdə də rəqibinə məğlub olmayan "Land of Fire Azerbaijan" formalı komanda 1/4 finala yüksəlib.  

Digər görüşdə isə “Barselona” “Elçe”nin qonağı olub. Kataloniya klubu cütüb taleyini demək olar ki, ilk görüşdə həll edib. Rəqibini 5:0 hesabı ilə darmadağın edən "Barsa" yalnız möcüzə sayəsində mübarizəni indi dayandıra bilərdi. Səfərdə 4:0 hesabı ilə qalib gələn "Barselona" 1/4 finalda oynamaq hüququ əldə edib. 



 
15  yanvar

İspaniya kuboku, 1/8 finalın cavab oyunları

"Real" (Madrid) - "Atletiko" (Madrid) (İlk oyun – 0:2) - 2:2
Qollar:
Torres, 1 (0:1), Ramos, 20 (1:1), Torres, 46 (1:2), Ronaldo, 54 (2:2)

“Elçe” – “Barselona” (İlk oyun – 0:5) - 0:4
Qollar:
Matye, 21 (0:1), Roberto, 40 (0:2), Pedro, 43-pen (0:3), Adriano, 90+2 (0:4)


Son xəbərlər