“Messi əllə oynamışdı” – Simeone

“Messi əllə oynamışdı” – Simeone
DÜNYA FUTBOLU 12 Yanvar 2015 / 15:07 6370
-  A +

"Barselona"nı təbrik edirəm. Çox yaxşı oynadılar və qələbə qazandılar. Rəqib topu itirdiyi zaman belə durmadan pressinq etdi. Bizə əks-hücumlar yaratmağa imkan vermədilər. Matçda çox az qol epizodu oldu. Neymar və Messi oyun ərzində çox sürətli və əzmkar oyunları ilə seçildilər. Üçüncü qoldan sonra bərabərlik şanslarımız da tükəndi".

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 18-ci turunda "Barselona"ya 1:3 hesabı ilə uduzduqları matçdan sonra deyib.

O, qarşılaşmanın 35-ci dəqiqəsində Messinin əllə oynadığını da bildirib:

"Messi mənə əli ilə oynamadığını söylədi. Ancaq mən oyunun təkrarının telekanalda izlədim və onun əli ilə oynadığını gördüm".

Qeyd edək ki, oyunun 35-ci dəqiqəsində Messi meydanın mərkəzində topu ələ keçirdiyi zaman "Atletiko"nun futbolçuları argentinalı hücumçunun əllə oynadığını bildirərək baş hakim Mallenkoya etiraz ediblər. Ancaq hakim oyunu davam etdirib. Bu zaman Messi Suaresə ikinci qolun qol ötürməsini verib.


Son xəbərlər