"Qızıl top"u qazanmağım çətin olacaq" - Messi

"Qızıl top"u qazanmağım çətin olacaq" - Messi
DÜNYA FUTBOLU 12 Yanvar 2015 / 14:10 6578
-  A +

Ötən ilin ən yaxşı futbolçusuna veriləcək "Qızıl top"a əsas namizədlərdən olan "Barselona"nın hücumçusu Lionel Messi mükafatı qazanmaq şanslarını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan argentinalı futbolçu "Qızıl top"a yiyələnmək şansının az olduğunu bildirib:

"Real danışsaq, bu dəfə "Qızıl top"u qazanmağım çətin olacaq. Bununla belə, mükafatlandırma mərasimindən zövq almağa çalışacağıq. Ronaldo və Noyer ötən ili çox yaxşı keçirdilər. Portuqaliyalı futbolçu ötən mövsüm İspaniya La Liqasını və kubokunu qazandı. Həmçinin bir sıra qollar vurdu. Noyer isə ili əla keçirdi və Almaniya millisi ilə dünya çempionu oldu. Bu gün kimin qalib gələcəyini bilmirəm, ancaq layiq olan qələbə qazanacaq".

Qeyd edək ki, "Qızıl top" mükafatının yeni sahibi bu gün, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə açıqlanacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord