"Qızıl top" üçüncü dəfə Ronaldoda!

"Qızıl top" üçüncü dəfə Ronaldoda!
DÜNYA FUTBOLU 12 Yanvar 2015 / 23:00 31091
-  A +

Bu gün FİFA geridə qalan 2014-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə aparılan səsvermənin yekun nəticəsinə əsasən, Portuqaliya millisinin və "Real"ın hücumameyilli yarımmüdafiəçisi Kriştiano Ronaldo bu mükafatın sahibi olub.

Ronaldo səsvermədə Lionel Messi ("Barselona") və Manuel Noyeri ("Bavariya") qabaqlayıb. Bununla da o, ardıcıl ikinci (2013,2014), ümumilikdə isə üçüncü dəfə (2008) ilin ən yaxşı futbolçusu seçilib.  

Qeyd edək ki, K.Ronaldo ötən il "Real"la Çempionlar Liqası, İspaniya kuboku, UEFA superkuboku və klublararası dünya çempionatının kubokunu qazanıb.




Namizədlər:
 
İlin ən yaxşı kişi futbolçusu:
Kriştiano Ronaldo (Portuqaliya, “Real)

İlin ən yaxşı qadın futbolçusu:
Nadin Kessler (Almaniya, “Volfsburq”)
 
Kişi futbolunda ilin ən yaxşı baş məşqçisi: Yoahim Löv (Almaniya millisi)
 
Qadın futbolunda ilin ən yaxşı baş məşqçisi: Ralf Kellermann (Almaniya, “Volfsburq")

İlin ən yaxşı qolu (Ferens Puşkaş mükafatı):
Xames Rodriqes (Kolumbiya, "Real", Madrid)


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın