Almaniya millisinin ən yaxşısı kim oldu?

Almaniya millisinin ən yaxşısı kim oldu?
DÜNYA FUTBOLU 9 Yanvar 2015 / 22:08 4037
-  A +

Son dünya çempionu Almaniya millisində ötən ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, Almaniya Futbol Federasiyasının rəsmi saytında keçirilən səsvermənin nəticələrinə əsasən, "Real"ın yarımmüdafiəçisi Toni Kroos millidə 2014-cü ilin ən yaxşısı seçilib. O, finalda Manuel Noyer və Miroslav Klozedən çox səs toplamağı bacarıb.

Qeyd edək ki, T.Kroos ötən il Almaniya millisi ilə "DÇ-2014"ün kubokunu qazanıb. Bundan başqa, o, ötən mövsüm "Bavariya" ilə Almaniya bundesliqası, hazırda çıxış etdiyi "Real"la isə UEFA superkubokunun və klublararası dünya çempionatının qalibi olub.


Son xəbərlər