"Barselona" FİFA ilə əməkdaşlığa son qoydu

"Barselona" FİFA ilə əməkdaşlığa son qoydu
DÜNYA FUTBOLU 8 Yanvar 2015 / 20:13 7164
-  A +

"Barselona” FİFA ilə əməkdaşlıqdan imtina edib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna dünyanın ali futbol qurumunun Kataloniya klubuna transfer qadağası qoyması səbəb olub.

"Barselona" klubu 18 yaşdan aşağı bəzi futbolçuların transferində qayda pozuntusuna yol verdiyi üçün 2016-cı ilin yanvar ayına qədər yeni transfer etmək hüququndan məhrum edilib.

"Barselona"nın prezidenti Josep Mariya Bartomeu deyib ki, bu sanksiya müddətində  FİFA-nın hər hansı bir addımını dəstəkləməyəcəklər: "Çünki bizə qarşı haqsızlıq edilib".

Qeyd edək ki, Bartomeu və klub nümayəndələri yanvarın 12-də İsveçrənin Sürix şəhərində təşkil ediləcək “Qızıl top” mükafatının təqdimetmə mərasimində də iştirak etməyəcək. "Barsa"nın futbolçularının da bu tədbirə getməyəcəyi gözlənilir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord