Luis Enrike: "Bunu məndən yox, Messidən soruşun"

Luis Enrike: "Bunu məndən yox, Messidən soruşun"
DÜNYA FUTBOLU 7 Yanvar 2015 / 20:02 10766
-  A +

"Barselona"nın baş məşqçisi Luis Enrike futbolçusu Lionel Messi ilə arasında yaşanan qalmaqalla bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, bu barədə danışmaq istəmədiyini deyib:

"Komanda daxilində baş verənlər haqda danışmaq düzgün deyil. Mənim işim "Barselona"da baş məşqçi vəzifəsini icra etməkdir. Messinin "Barsa"da xoşbəxt olub-olmadığı barədə fikir bildirmək istəmirəm. Çünki bunu məndən yox, ondan soruşmalısınız. Ancaq mən "Barsa"da işləməkdən məmnunam".

L.Enrike Messi ilə danışmadığı ilə haqda yayılan xəbərləri isə təkzib edib:

"Bütün futbolçularımla danışıram. Bundan əvvəl Messinin dünyanın ən yaxşı futbolçusu olduğunu söyləmişdim və indi də eyni fikirdəyəm".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın