Raykard yenidən "Barselona"nı çalışdıra bilər

Raykard yenidən "Barselona"nı çalışdıra bilər
DÜNYA FUTBOLU 7 Yanvar 2015 / 14:14 6930
-  A +

Frank Raykard yenidən "Barselona"nı çalışdıra biləcəyi iddia edilib.

Qol.Az-ın məlumatına görə, İspaniya mətbuatı yazıb ki, hazırkı baş məşqçi Luis Enrikeni istefaya göndərməyə hazırlaşan klub rəhbərliyi boş qalacaq bu vəzifəyə F.Raykardı gətirməyi planlaşdırır.

"Barselona"nın aparıcı futbolçusu Lionel Messinin də çox bəyəndiyi hollandiyalı mütəxəssisin Kataloniya klubunu çalışdırmağa yaxın olduğu iddia edilir.


Xatırladaq ki, F.Raykard 2003-2008-ci illərdə "Barselona"nın çalışdırıb. Onun son iş yeri Səudiyyə Ərəbistan millisi olub.

Qeyd edək ki, Barsa"nın La Liqada "Atletiko" və "Elçe"ni məğlub edə bilməyəcəyi təqdirdə, L.Enrikenin istefaya göndəriləcəyi gözlənilir.

Bundan başqa, Messi ilə L.Enrike arasında yaşanan qalmaqal baş məşqçinin qovulacağı ilə bağlı iddiaları daha da artırıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord