Türkiyə superliqası: "Fənərbaxça" liderliyə yüksəldi

Türkiyə superliqası: "Fənərbaxça" liderliyə yüksəldi
DÜNYA FUTBOLU 4 Yanvar 2015 / 00:08 7300
-  A +

Türkiyə superliqasında 16-cı turun oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Artıq bir oyun keçirilib. Turun açılış matçında "Rizəspor" öz meydanında "Konyaspor"la qarşılaşıb. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1.

Günün digər oyunlarında "Bursaspor" doğma azarkeşləri önündə "Akhisar"ı sınağa çəkib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

"Fənərbaxça" klubu isə evdə "Başakşəhər"lə üz-üzə gəlib. Rəqibinə 2 cavabsız qolla qalib gələn "sarı-lacivərdlilər" turnir cədvəlinin ilk pilləsinə yüksəliblər. 

Qeyd edək ki, superliqada 5-ci tura bazar ertəsi keçiriləcək 2 oyunla yekun vurulacaq. 

 

 

3 yanvar

Türkiyə superliqası, 16-cı tur

"Rizəspor" - "Konyaspor" - 1:1
Qollar:
Kadah, 10 (1:0), Kampos, 77 (1:1)

"Bursaspor" - "Akhisar" - 3:1
Qollar:
Josue, 45+3 (1:0), Civelli, 51 (2:0), Fernandao, 54 (3:0), Konuk, 65 (3:1)

"Fənərbaxça" - Başakşəhər" - 2:0
Qollar:
Kuyt, 19 (1:0), Potuk, 49 (2:0)

 
4 yanvar

"Kayseri Erciyesspor" - "Kasımpaşa"

"Sivasspor" - "Karabükspor"

"Eskişehirspor" - "Qaziantepspor"

"Beşiktaş" - "Qalatasaray"


5 yanvar

"Balıkesirspor" - "Trabzonspor"

"Mersin" - "Gənclərbirliyi"




S Komandalar O Q H M T-F Xal Form
1. Fənərbaxça 16 11 3 2 25:13 36
2. Beşiktaş 15 11 2 2 25:13 35
3. Qalatasaray 15 10 2 3 24:18 32
4. Başakşəhər 16 7 6 3 20:8 27
5. Bursaspor 16 7 5 4 31:19 26
6. Trabzonspor 15 5 7 3 27:26 22
7. Gənclərbirliyi 15 5 6 4 23:17 21
8. Mersin 15 6 3 6 21:19 21
9. Kasımpaşa 15 5 5 5 23:26 20
10. Qaziantepspor 15 5 3 7 15:20 18
11. Akhisar 16 4 5 7 17:26 17
12. Konyaspor 16 4 5 7 14:23 17
13. Eskişehirspor 15 3 7 5 20:22 16
14. Karabükspor 15 4 3 8 19:20 15
15. Kayseri Erciyesspor 15 2 8 5 18:19 14
16. Rizəspor 16 3 5 8 17:24 14
17. Sivasspor 15 2 5 8 13:24 11
18. Balıkesirspor 15 3 2 10 16:31 11



 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın