“Çelsi”dən fərqli transfer

“Çelsi”dən fərqli transfer
DÜNYA FUTBOLU 2 Yanvar 2015 / 11:13 9554
-  A +

Son 10 mövsümdə heyətinə cəlb etdiyi futbolçularla gündəmdə olan "Çelsi" bu dəfə fərqli transfer edib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, London təmsilçisi İngiltərənin "Uimbldon" klubunun ev oyunlarını keçirdiyi "Kinqsmedou" stadionunu  alıb.

Bildirilir ki, "Çelsi" bu stadionu gənc  və qadın futbolçulardan ibarət komandaların ixtiyarına verəcək.

Qeyd edək ki, "Uimbldon" klubunun bundan sonra ev oyunlarını harada keçirəcəyi hələlik müəyyənləşməyib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı