Futbol ictimaiyyəti Qara Qarayevi seçdi

Futbol ictimaiyyəti Qara Qarayevi seçdi
XƏBƏR 30 Dekabr 2014 / 17:52 8410
-  A +

“Futbol+” qəzeti Azərbaycanın ən güclü futbolçusunu müəyyənlədirmək məqsədilə keçirdiyi sorğuya yekun vurub.

Qol.Az-ın xəbərinə görə, sorğuda müxtəlif yaş qruplarından olan milli komandaların, klubların baş məşqçiləri, futbol mütəxəssisləri, klubların kapitanları, AFFA və PFL-in nümayəndələri və jurnalistlər iştirak ediblər.

Ümumilikdə, 162 respondentin qatıldığı sorğuda birinci yeri “Qarabağ”ın futbolçusu Qara Qarayev tutaraq 2014-cü il üçün Azərbaycanın ən yaxşı oyunçusu adına layiq görülüb. Qara 308 səs toplayıb.

Siyahıda ikinci və üçüncü yerləri də “Qarabağ”ın futbolçuları tutub: Bədavi Hüseynov 213 səslə ikinci, Rəşad Sadıqov 124 səslə üçüncü olub.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı