Hakan Şükür "Sivasspor"un baş məşqçi postuna gətirilir?

Hakan Şükür "Sivasspor"un baş məşqçi postuna gətirilir?
DÜNYA FUTBOLU 7 Oktyabr 2009 / 01:13 2129
-  A +

Türkiyə idman mətbuatında Super Liqanın son turunda öz meydanında "Antalyaspor"a 2:0 hesabı ilə qalib gəlməsinə baxmayaraq, istefa verən "Sivasspor"un baş məşqçisi Bülənt Uyqunun yerinə kimin gətiriləcəyi müzakirə olunur. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, komanda rəhbərliyinin baş məşqçi postuna gətirmək istədiyi namizədlər arasında "Qalatasaray" klubunun sabiq futbolçusu Hakan Şükür də var. Hakan Şükürün bu təklifi necə qarşılayacağı maraqla gözlənilir. Qeyd edək ki, Türkiyə futbolunun canlı əfsanəsi hazırda "TRT"1 də futbol şərhçiliyi edir.


Son xəbərlər