Rəşad Sadıqovun yubiley oyunu

Rəşad Sadıqovun yubiley oyunu
XƏBƏR 20 Dekabr 2014 / 18:29 4597
-  A +

Azərbaycan milli komandasının və “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov yubiley oyununu keçirib. 

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 32 yaşlı müdafiəçi ölkə çempionatında 250-ci matçına çıxıb.

Bu əlamətdar hadisə Azərbaycan Premyer Liqasının XVII tutuna təsadüf edib. “Xəzər Lənkəran”la səfər oyunu Rəşad üçün 250-ci olub. 2000/01 mövsümündə debüt edən müdafiəçi 3 klubda keçirdiyi 14 mövsümdə 250 matça 14 qol vurub.

Qeyd edək ki, R.Sadıqov Azərbaycan çempionatlarında 250 və daha çox oyun keçirən 42-ci futbolçudur.

 

Daha çox


Son xəbərlər
18.11.18  21:19

Kavani "Real"da?

18.11.18  19:19

Millimiz Kosovoya getdi

18.11.18  12:11

Aqil Abbasın təbriki