Şahin Diniyev: "Rəşad, get, futbolunu oyna!"

Şahin Diniyev: "Rəşad, get, futbolunu oyna!"
ÖLKƏ FUTBOLU 17 Noyabr 2008 / 16:18 6225
-  A +

“Rəşad Sadıqov gedib futbolunu oynasa, boş-boş şeylərə baş qoşmasa yaxşı olar. Ona özünü qəzetdə, televiziyada reklam etdirməkdən, qalmaqallardan uzaq olmağı məsləhət görürəm”. Bu sözləri Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev Rəşad Sadıqovun bu gün Qol.Az saytında yayımlanan musahibəsinə munasibət bildirərkən deyib. "APA-Sport”a açıqlamasında 42 yaşlı çalışdırıcı onun iddialarını əsassız sayıb: “İndi mən də işsizəm. Məgər buna görə Sadıqovu günahkar çıxarmalıyam? Düzdür, vaxtilə onu milli komandaya çağırmırdım. Ancaq hazırda yığmanın formasını geyinir. Qoy, o, bütün diqqətini oyununa cəmləsin”.

Diniyev vurğulayıb ki, Sadıqovun “Neftçi”nin ehtiyat komandaya göndərilməsində də onun rolu yoxdur: “Bəlkə Rəşad mənim “Neftçi”dəki hadisələrdə əlimin olduğunu düşünür? Amma bu şübhələr də əsassızdır. Sadıqova demək istəyirəm ki, mən ingiliscə danışmağı bacarıram, almanca isə qəti bilmirəm”.

Sabiq baş məşqçi milli komandanın bütün üzvləri, o cümlədən Rəşadla dəfələrlə söhbətləşdiyini nəzərə çatdırıb. Lakin 2006-cı il avqustun 15-də səfərdə Ukraynaya qarşı yoldaşlıq görüşündən (0:6) sonra Diniyev Sadıqova heç nə demədən komandadan uzaqlaşdırıb və nəticədə müdafiəçi 1 il 3 ay yığmadan kənarda qalıb.

Xatırladaq ki, Rəşad Sadıqov Qol.Az-a müsahibəsində uğursuz zolağa düşməsində Diniyevi suçlayıb. O, “bu gün mənim haqqımda gəzən söz-söhbətlərin başlayıcısı elə Şahin Diniyev olub. Bizdə mənfi xəbərlər tez yayılır, insanlar sensasiya axtarırlar. Diniyev də belə söhbətlərin banisi oldu. Bütün bunlar mənə böyük bir zərbə vurdu. Onun heç vaxt halallığını verməyəcəyəm. Gərək, Diniyev mənimlə söhbətləşib, hər şeyi dəqiqləşdirəydi” - deyib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı