Bütün saxta mallar belədi. Bəzəyinə, yar-yaraşığına və yaxud da qiymətinin münasibliyinə aldanıb alırsan. Əvvəlcə işinə yarayır, əlindən tutur, lakin günlərin birində... Aldanıb aldığın malın “kitayski” olduğu üzə çıxır.
Avropanın futbol işlərinə baxan təşkilatı- UEFA bizi əmin-arxayın eləmişdi, gənc “Qarabağ”la dünya şöhrətli “İnter” arasında keçiriləcək həlledici oyuna Çexiyadan olan Miroslav Zelinkanı göndərəcəyini açıqlamışdı. Fikirləşirdik ki, Miroslav müəllim UEFA-nın göndərdiyi pulla biletini alacaq, fitini və köməkçilərini də götürüb paytaxtımıza gələcək, matçı da ədalətlə idarə edəcək. Biz də inanmışdıq, UEFA-dan şübhələnməyə nə vaxtımız var idi, nə də həvəsimiz. Oyunun əvvəlində və ortasında hər şey qaydasında gedirdi, fit çalanın çex Miroslav Zelinka olduğuna şübhə yeri yox idi. Matçın sonlarına yaxın da ağlımızın ucundan başqa şey keçmirdi. Ölkənin hələlik ən böyük futbol arenasını dolduran azarkeşlər, ekrana yaxın oturub oyunu televizordan izləyənlər “Qarabağ”ın mərhələ adlayacağına əmin idi. Nə italiyalı futbolçuların qapımıza qol atmağa gücü çatırdı, nə də çex hakim bizə badalaq vurana oxşayırdı.
Amma qarşılaşmanın əsas vaxtına əlavə olunmuş dəqiqələrin son saniyələrində hər şey açılıb ortaya töküldü. UEFA-nın Bakıya baş hakim göndərdiyi Zelinkanın “kitayski” çex olduğu üzə çıxdı. Baş hakim başından da yekə qələt eləyib Riçard Almeydanın “İnter”in qapısına vurduğu qolu qeydə almadı. Onun bu böyük səhvi “Qarabağ”ı qələbədən və növbəti mərhələyə vəsiqədən, Azərbaycan futbolunu tarixi bir ilkdən, Qurban Qurbanovun döyüşkən komandasına azarkeşlik edən milyonlarla insanı sevinc hissindən məhrum elədi.
UEFA hər şeydən məlumatlı idarəyə oxşayır. Avropanın futbol işlərinə baxan təşkilatda oturanlar Azərbaycanın erməni işğalına məruz qaldığını bilməmiş deyillər. Yəqin onu da yaxşı bilirlər ki, məhz bu üzdən Ağdamın “Qarabağ” klubu rəqiblərini “İmarət”də deyil, Bakıda-əfsanəvi hakim Tofiq Bəhramovun adını daşıyan stadionda qəbul etmək məcburiyyətindədi.
UEFA-nın vacib bir qarşılaşmaya Çexiyadan göndərdiyi hakim “Qarabağ”a ermənilərdən də ağır yara vurdu. Avropanın futbol işlərinə baxan təşkilatda bilsinlər, ermənilərin vurduğu yaralar nə vaxtsa sağalacaq, “Qarabağ” köhnə qitədən gələn ən məşhur klubları “İmarət”də qarşılayıb məğlub yola salacaq. Lakin “kitayski” çex Zelinkanın “İnter”lə oyunun 90+4-cü dəqiqəsində etdiyi hərəkəti heç zaman yaddan çıxarmayacaq.
Zelinkanın erməni havasına çaldığı o fiti olmasaydı Ağdam futbolçuları indi Avropa Liqasının 1/16 mərhələsinə vəsiqə qazanıb növbəti rəqibləri məğlub etməyin yollarını arayırdı. Belə görünür ki, “Qarabağ”ın son saniyələrdə italiyalıların qapısına atdığı qola görə bir ermənilər məyus olub, bir də “kitayski” çex baş hakim.
Avropanın futbol işlərini fırladanlar hər şeydən məlumatlı adama oxşayırlar. Amma bilmirəm onlardan Qədir Rüstəmovun ifasına qulaq asan olubmu? Heç vaxt yaddan çıxmayacaq Qədir Rüstəmovun heç vaxt unudulmayacaq “Sona bülbüllər”ində belə bir misra var- gülün yarpıza dönsün...
“Qarabağ”ı halal qələbədən məhrum edənlər də indi qarğışa gəlirlər. Belə vacib qarşılaşmaya “kitayski” çex göndərən UEFA, görüm sənin, görüm sənin gülün yarpıza dönsün!
Etibar Cəbrayıloğlu,
“Ədalət” qəzeti
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək
Avro-2024-ün oyunlarını onlar idarə edəcəklər - Siyahı
Aydın finala çıxdı
Şeydayevin qol imkanları... - Video
"Milan" Piolini istefaya göndərir
Mourinyo: "Məni hələ uzun məşqçilik karyeram gözləyir"
Bu mövsümün sonunda "Çelsi"dən ayrılacaq
Azərbaycan şahmatçısından maksimum nəticə
Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir
"İnter"in çempion olduğu Milan derbisi - Video
"Fənərbaxça" Sivasda büdrədi - Video
La Liqada 32-ci tur yekunlaşdı
“İnter” çempionluğunu rəsmiləşdirdi
"Roma" öz meydanında uduzdu - Video
Diniyev - Şeydayev qarşıdurmasında kim sevindi?
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu