Bülənt Qorxmaz Berti Foqtsla görüşəcək

Bülənt Qorxmaz Berti Foqtsla görüşəcək
XƏBƏR 29 Sentyabr 2009 / 18:34 1626
-  A +

“Bakı”nın yeni baş məşqçisi Bülənt Qorxmaz milli komandamızın çalışdırıcısı Berti Foqtsla görüşəcək. Qol.Az-ın məlumatına görə, bu haqda türkiyəli mütəxəssis təqdimetmə mərasimində çıxış edərkən deyib: “Bilirəm ki, AFFA milli komandanın uğuru üçün çox çalışır. Bu məqsədlə milli komandanın başına Berti Foqts gətirilib. Foqts çox məşhur, futbolda kifayət qədər təcrübəsi olan mütəxəssisdir. İnşallah, yaxın gələcəkdə onunla görüşəcəyəm. Mən də Azərbaycan millisinin uğuru üçün kömək etməyə hazıram. Hamımız əl-ələ verib, Azərbaycan futbolunun səviyyəsini qaldırmalıyıq”. 


Son xəbərlər